Müğənni Elnarə Xəlilova Şuşaya yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçini Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, həyat yoldaşı Rövşən Cahangirov müşayiət edib.
Şuşanın gözəl güşələrini əri ilə birgə ziyarət edən Elnarə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.
E.Xəlilovanın yayımladığı fotolarda onlarla birgə Şuşaya gedən məşhur cütlük Zülfiyyə Bayramova ilə İlqar Mikayıloğlu da olub.
Qeyd edək ki, 10 il əvvəl Elnarə Xəlilova Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilib. Kapitan rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir.
Rəşad Əliyev, Bizim.Media