Niyam səhnədə Aynuru hədiyyə yağışına tutdu - VİDEO

Niyam səhnədə Aynuru hədiyyə yağışına tutdu - VİDEO

Hazırda oxunan: Niyam səhnədə Aynuru hədiyyə yağışına tutdu - VİDEO

91069

Müğənni Niyam Salami xanım həmkarı Aynur Dadaşovaya səhnədə xoş sürpriz edib. 

Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl doğum gününü qeyd edən Aynura Niyam ürək formasında sırğa hədiyyə edib. 

Bu anda Dadaşova saçlarını çiyninə ataraq, qulağındaki ürək formalı sırğaları nümayiş edib və gülüb.  

Salami isə Dadaşovanın bu hərəkətinə “O sənin ürəyindir, rədd elə onu” söyləyərək, onları izləməyə gələn tamaşaçıların üzünü güldürüb. Aynur isə Niyamın bu sözlərinə “Sənin hər gözəl, dəyərli sözün mənə dünyanın ən böyük hədiyyəsidir” deyərək qarşılıq verib. 
Bundan sonra hər iki ifaçını tamaşaçılar gur alqışlara qərq edib. Həmin anları isə Niyam Salami sosial şəbəkə hesabında paylaşıb. 

Qeyd edək ki, bir müddət əvvəl N.Salami “Şourum” maqazin verilişində A.Dadaşova ilə ailə quracağını bildirmişdi. Onların evlənəcəyi xəbər “acı bağırsaq” kimi digər verilişlərdə uzanaraq sosial mediada müzakirə predmetinə çevrilmişdi. Daha sonra isə Niyam açıqlama verərək bu evliliyin şou olduğunu bildirmişdi. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO