“Bu geyim Damlanın bədən quruluşuna uyğun deyil. Yaxşı qızdır, həm safdır, həm ağıllıdır, həm də biclik edir. Bilir ki, belə geyinsə, hamı yazacaq. Konsert kiməsə maraqlı olmayacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Tolik” adı ilə şou-biznesdə məşhurlaşan prodüser Tarix Əliyev Damlanın ötən gün baş tutan konsertindən video paylaşılan “show_news” xəbər səhifəsinin şərh bölməsinə yazıb.
Tolik həm Damlanı, həm də onu bəzəyən stilistləri “ağ yuyub, qara sərib”.
“Öz aləmində kişicik olan stilistlər, özləri qadın geyimi geyinirlər, onu da belə geyindiriblər ki, sən Cennifer Lopezsən. Amma demirlər ki, Cey Lo bunu daşıya bilir. Yazıq Damlanı arvad simalı stilistlər pis günə qoyurlar”.
Tolik, həmçinin Damlanın keyfiyyətli işlər görsə də, lakin əvvəlki kimi maraq qazana bilmədiyini yazıb.
“Damla pul buraxır, gözəl kliplər çəkir, amma işləri gündəm olmur. Yalnız ya geyimi, ya da hansısa epizod. Bu da müğənninin ən böyük uğursuzluğudur. Gərək müğənninin klipi də, hər layihəsi də gündəm olsun. Geyimləri də zövqsüz: biri var brend ola, biri də var Cey Lonun “kitayski poddelka”sı”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:36 / 29.08.2022
Tolik Damlanı ağ yuyub, qara sərdi: “Geyimləri zövqsüzdü, Cey Lonun “kitayski "poddelkası”dı - FOTO
Hazırda oxunan: Tolik Damlanı ağ yuyub, qara sərdi: “Geyimləri zövqsüzdü, Cey Lonun “kitayski "poddelkası”dı - FOTO
Hazırda oxunan: Tolik Damlanı ağ yuyub, qara sərdi: “Geyimləri zövqsüzdü, Cey Lonun “kitayski "poddelkası”dı - FOTO
90915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.