Xəyanətə görə ailəsi dağılan Aynur: “Ərimin həyatında başqa qadın var” - VİDEO

Xəyanətə görə ailəsi dağılan Aynur: “Ərimin həyatında başqa qadın var” - VİDEO

Hazırda oxunan: Xəyanətə görə ailəsi dağılan Aynur: “Ərimin həyatında başqa qadın var” - VİDEO

90909

“Çox sevmişəm. “Aynur. Ölümə gedirəm, gedərsən?” desəydi, gedərdim. Xəyanətə bir, iki, üç dəfə dözürsən. Deyirsən ki, övladın, isti ocağın var. Elə məqam çatır ki, səni sudurğa tutur. Sevgimə yazığım gəldi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “YouTube”da yayımlanan “Tarix Əliyev ilə Səmimi” layihəsində deyib. 

18 illik ailə həyatına ərinin xəyanətinə görə son qoyduğunu açıqlayan sənətçi ayrıldığına peşman olmadığını dilə gətirib.  

“Özümü zavallı kimi gördüm. 18 il bərabər yaşayırsan, sonra bu iş bitir. Deməli, Allahın işidir. 18 il uşaqlara görə dözdüm. Hər dəfə onu bağışladım. Xəyanəti görəndə barmaqlarım qıc oldu. Sevgimin qarşısında zəif görünmək istəmədim. O qədər məhv olmaq istəmədim. Ayrılmağıma peşman deyiləm”.

Ərindən boşanan A.Dadaşova onun başqa qadınla ailə qurduğunu, lakin ondan hələ də uşağı olmadığın vurğulayıb.

“İndi həyatında başqa xanım var. Övladlarım yanımdadır. Sevgi nifrətə çevriləndə, gözündə heç nə yoxdur. Ona çox nifrət edirəm... Kaş xəyanətini bilməzdim, oturmuşdum evimdə, övladlarım yanımda, rahat yaşayırdım.

Həqiqəti de, onu qəbul edim. Amma məni aldatma. Həyat yoldaşımdan heç zaman şiddət görməmişəm. Ev söz-söhbətsiz olmur. O, heç zaman evdə bərk danışmayıb. Əksinə, bərk danışan özüm olmuşam”. 

Qeyd edək ki, Aynur Dadaşovanın boşandığı ərindən bir qızı və bir oğlu var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO