Demet ilə Oğuzhanın toyundan İLK GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Demet ilə Oğuzhanın toyundan İLK GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Hazırda oxunan: Demet ilə Oğuzhanın toyundan İLK GÖRÜNTÜLƏR - FOTO/VİDEO

90859

Türkiyəli aktrisa Demet Özdəmir ilə müğənni Oğuzhan Koçun toyu baş tutub.

Bizim.Media xəbər verir ki, otellərin birində keçirilən təmtəraqlı məclisdən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Toyda O.Koç tərəfindən nikah şahidliyini isə milyonçu iş adamı Acun Ilıcalı edib.

Demet özəl günündə üç müxtəlif gəlinliklər geyinib. Biri "Eda Güngör Museum of Fine Clothing", digəri isə dizayner Nihan Pekerə məxsus gəlinlik olub.

Toydan sonra ki "party" üçün isə Londonda yerləşən "Alexander Mc Queen" moda evinin xüsusi olaraq Demet üçün hazırlanan libas olub.

O.Koç "Papillone" tərəfindən ərsəyə gətirilən smokinqdə diqqət çəkib.

Müğənni aktrisa həyat yoldaşına toy hədiyyəsi olaraq "Bvlgari" markasının Türkiyədə cəmi bir ədəd olan boyunbağısını hədiyyə edib.

Rəşad Əliyev, Bizim.Media

 

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO