"Qadın kimi xoşbəxt deyiləm. Amma səhnədə Aynur Dadaşova kimi çox xoşbəxtəm".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu "YouTube"da yayımlanan "Tarix Əliyev ilə səmimi" layihəsində deyib.
Sənətçi gələcək həyatında qoyduğu məqsədlərindən söz açaraq, kövrəlib.
"Tək qaldığımda ağlayıram. Çünki yaxşı insanam, amma həyatda bəxtim gətirmədi. Gecələr eyvana çıxıb Allaha deyirəm ki, içimdə düşündüklərimi yaşamaq istəyirəm. Bu günkü gündə özüm qazanıram, öz ayaqlarımım üstümdə dururam. Yəni heç kimə ehtiyacım yoxdur və heç kimdən aslı deyiləm. Amma hardasa bir qadın olaraq "məqsədimə çatmaq" kimi bir prinsipim var. Bunları isə bəndədə yox, göydəki Allahdan istəyirəm. Allahdan diləyirəm ki, izin versin, mən də bu həyatda bir xanım olaraq, sevgi dolu bir qadın olum".
Qeyd edək ki, müğənni Aynur Dadaşovanın 18 illik ailə həyatı xəyanət üstündə dağılıb. Müğənnin bir qız, bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media