SSRİ-nin Xalq artisti Alla Puqaçova Rusiyaya qayıdıb.
Bizim.Media xəbər verir ki, onun rus dizayneri İqor Qulyayevin butikinə gəldiyi anların görüntüləri sosial şəbəkədə paylaşılıb.
A.Puqaçova işlərini qaydasına salmaq üçün Moskvaya qayıtdığını açıqlayıb.
Sosial media əhli müğənninin qayıdışını dərs ilinin yaxınlaşması ilə əlaqələndirib. Belə ki, sentyabrda Alla və Maksim cütlüyünün surroqat anadan dünyaya gələn 8 yaşlı Harri və Liza adlı övladları Birinci Moskva Gimnaziyasının ikinci sinifə gedəcəklər.
Qeyd edək ki, müğənni həyat yoldaşı M.Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü.
Rəşad Əliyev, Bizim.Media