Aprel ayında konsertində “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” söylədiyi sözlərə görə dünən axşam saatlarında barəsində istintaq başladılan müğənni Gülşən Çolakoğlunun həbsi sosial şəbəkədə hiddət yaradıb.
Bizim.Media xəbər verir ki, bir sıra məşhurlar həmkarlarının həbs olunması ilə bağlı sosial şəbəkə hesablarında etiraz dolu postlar paylaşıblar.
Müğənni Hadise:
“Çox məyusam. Hamımız insanıq, yalnışla və xətalar edə bilərik. Üzr istəmək, üzr istəyə bilmək böyük bir fəzilətdir ki, üzr istənildi. Sizdən soruşuram, qadınları vəhşicəsinə öldürən, iki ay yatıb, çıxacağam deyən adamları, uşaqların yanında arvadını döyən adamları bu gün Gülşəni həbs elədikləri kimi həbs etsəydilər, neçə qadın həyatda olardı?”
Müğənni Göksel Demirpençe:
“Aylar əvvəl söylənmiş bir cümləyə görə həbs edilmək? Bu heç adil deyil. Ədalət hər kəsə bərabər yanaşmaq deyilmi? Qaldı ki, Gülşen üzr istədi. Çox məyusam”.
Müğənni Sila Gençoğlu:
“Ədalət hər kəsə lazımdır, həmişə lazımdır və bərabər lazımdır. Həbs nədir?”
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu dünən axşam saatlarında müğənniyə qarşı “İctimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə istintaq başlandığını açıqlayıb.
Hökumətə yaxın olan “Sabah” qəzeti istintaqın ardından Gülşen haqqında həbs qərarı çıxarıldığını açıqlayıb.
Sözügedən istintaq çərçivəsində polis qrupları tərəfindən nəzarətə alınan Gülşen, mühakimə əməliyyatlarının ardından İstanbul Sülh Cəza Hakimliyinə təhvil verilib.
İstanbul Sülh Cəza Məhkəməsinin Növbətçi Məhkəməsi müğənninin “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə həbs edilməsinə qərar verib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:02 / 26.08.2022
Gülşenin həbsinə həmkarları ÜSYAN ETDİ: “Hardadır ədalət?!” – FOTO
Hazırda oxunan: Gülşenin həbsinə həmkarları ÜSYAN ETDİ: “Hardadır ədalət?!” – FOTO
Hazırda oxunan: Gülşenin həbsinə həmkarları ÜSYAN ETDİ: “Hardadır ədalət?!” – FOTO
90540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.