Qəzaya düşən İbrahim Tatlısəs əlil arabasında SƏHNƏYƏ ÇIXDI – FOTO/VİDEO  

Qəzaya düşən İbrahim Tatlısəs əlil arabasında SƏHNƏYƏ ÇIXDI – FOTO/VİDEO  

Hazırda oxunan: Qəzaya düşən İbrahim Tatlısəs əlil arabasında SƏHNƏYƏ ÇIXDI – FOTO/VİDEO  

90529

Ötən gün səhər saatlarında avtomobili dərədən aşaraq, Bodrumda qəzaya düşən türk musiqisinin “imperatoru” İbrahim Tatlısəs axşam saatlarında səhnəyə çıxıb.  

Bizim.Media xəbər verir ki, qəzadan 12 saat sonra sənətkar pərəştişkarları ilə konsertdə bir araya gəlib.

Ayağı sındığı üçün Tatlıses səhnəyə əlil arabasında çıxıb.

O, ayağını izləyicilərə sarı uzatdığına görə onlardan üzr istəyib. Baş verən qorxu dolu hadisədən sonra İbrahimin yanından bir dəqiqə belə ayrılmayan övladları Dilan və İdo da konsertdə olublar.

Ağır hadisədən sonra əhvalı xoş olan İbrahim ifaları ilə tamaşaçıların qəlbini oxşayıb.

O, düşdüyü qəzanın pərdəarxası məqamlarından da söz açıb:

“Bu gün qəza keçirdik. Allaha qurban olum, mələklərini göndərdi. Maşınımız dərəyə yuvarlanırdı, qaya tutdu, amma sabah gedəcəm. Düşünürəm ki, orda qaya yoxdu. Bizi saxlayan heç nə olmasaydı, dərəyə çırpınmadan gedirdik.
İdo qarşımızda idi. Səhər yeməyinə gedirdik. Onun maşını da sürüşdü. İdo yük maşınının bizi vurduğunu görəndə dayandı. Yasəmənlə birlikdə keçən bütün maşınlardan “yanğınsöndürən borusu varmı?” deyə soruşurdu.

Yanğın başlasaydı kül olacaqdıq. Bizi vuran yük maşını yanırdı. Allah bitdi demədən, heç nə bitmir” sözlərini söyləyib.

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO