“Yuxu kimi” serialının 5 yaşlı fanatı Əməkdar artistdən xahiş etdi: “Noolar, Maqsudu döymə” - FOTO

“Yuxu kimi” serialının 5 yaşlı fanatı Əməkdar artistdən xahiş etdi: “Noolar, Maqsudu döymə” - FOTO

Hazırda oxunan: “Yuxu kimi” serialının 5 yaşlı fanatı Əməkdar artistdən xahiş etdi: “Noolar, Maqsudu döymə” - FOTO

90524

Respublikanın əməkdar artisti, son illər "Yuxu kimi" serialında Çinar obrazı ilə də məşhurlaşan Elxan Yunis yolda maraqlı bir sürprizlə qarşılaşıb.

Bakıdan Gəncəyə gedərkən Kürdəmirdə avtomaşınını saxlayan əməkdar artistin serialdakı Çinar rolunu çox sevən 5 yaşlı Emil Hümmətli dərhal tanıyıb. Bunu yanındakı babası və atasına deyib və onu Elxan Yunislə görüşdürüblər.
Emillə səmimi görüşən Elxan Yunislə 5 yaşlı fanatı arasında bu zaman maraqlı dialoq yaşanıb:

"- Olar, bir xahiş edim?

- Əlbəttə, olar,

- Noolar, Maqsudu döymə!

- Yaxşı, döymərəm".

Qeyd edək ki, əməkdar artist İlqar Cahangirovun oynadığı Maqsud rolu serialda kriminal avtoritet hesab olunur, onunla iş adamı Çinar və ailəsi ilə problem yaşanır.
Balaca Emilin də bu serialı böyük maraqla izlədiyindən Çinar roluna böyük rəğbəti olduğu deyilir.

Babası Bəxtiyar Hümmətov deyir ki, ATV kanalında yayımlanan "Yuxu kimi"serialının bütün bölümlərini izləyən Emilin Çinar obrazına xüsusi sevgisi var. 

Ondan soruşanda ki, niyə dedin "Maqsudu döymə", balaca Emil" istəmirəm Çinarı tutsunlar" - deyə cavab verib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO