Gülşen SAXLANILDI

Gülşen SAXLANILDI

Hazırda oxunan: Gülşen SAXLANILDI

90443

Türkiyənin pop ulduzu Gülşen Çolakoğlu saxlanılıb. 

Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu Gülşenə qarşı xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama ittihamı irəli sürüb.  

Sənətçinin prokurora ifadə verəcəyi gözlənilir. 

Xatırladaq ki, Gülşen konsertlərin birində “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” ifadələri işlədib. Onun bu sözləri həmin liseydə təhsil alan məzunları, eyni zamanda dindarları hiddətləndirib.  
Bir sıra fəallar “Twitter” sosial şəbəkə platformasında pop ulduzun həbs olunması üçün #gulsentutuklansın həştəqi altında yüzlərlə paylaşımlar və çağırışlar edib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO