Firəngiz Rəhimbəyovanın dəfn olunacağı yer ACIQLANDI - FOTO

Firəngiz Rəhimbəyovanın dəfn olunacağı yer ACIQLANDI - FOTO

Hazırda oxunan: Firəngiz Rəhimbəyovanın dəfn olunacağı yer ACIQLANDI - FOTO

90344

Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində infarktdan dünyasını dəyişən azərbaycanlı aktrisa-müğənni Firəngiz Rəhimbəyovanın dəfn ediləcəyi yer bəlli olub. 

Bizim.Media “dignitymemorial.com” saytına istinadən xəbər verir ki, sənətçi Kaliforniyanın bir sıra məşhur şəxslərin uyuduğu “Valley Oaks Memorial Park” məzarlığında dəfn ediləcək. 

Dəfn mərasimi sentyabrın 6-da Amerika vaxtı ilə saat 10:00-dan 11:00-dək keçiriləcək.  

Qeyd edək ki, “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. 
Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO