Ərə gedən Cey Lonun gəlinlikləri GÜNDƏM OLDU - FOTO

Ərə gedən Cey Lonun gəlinlikləri GÜNDƏM OLDU - FOTO

Hazırda oxunan: Ərə gedən Cey Lonun gəlinlikləri GÜNDƏM OLDU - FOTO

90146

Xəbər verdiyimiz kimi, Cennifer Lopez ilə Ben Afflekin təmtəraqlı toy məclisi keçirilib. 

Bizim.Media xəbər verir ki, müğənninin geyindiyi və bir-birində dəbdəbəli üç gəlinlik isə dünya mətbuatının müzakirə predmetinə çevrilib. 

Gəlinliklərin hamısını “Ralph Lauren” dizaynerləri xüsusi olaraq Cey Lo üçün hazırlayıblar.  

Əl işi olan ağ rəngli qısa qollu, kürəyi açıq və uzun fatası olan gəlinliyini müğənni Kaliforniyada keçirilən bayram şənliyində geyinib. Digər gəlinlik isə birinciyə bənzəyir, lakin daha dərin dekolte və başlıq kimi görünən qeyri-adi şəffaf örtüklə fərqlənir.  

Üçüncü gəlinlik arxası açıq və aşağı dekolteli, üst hissəsi isə mirvari və kristallarla işlənilib. 

Qeyd edək ki, Cey Lo və Ben Afflek bu ilin iyulunda Las-Veqasda gizli toy etmişdilər. Sonra isə aşiqlər ötən şənbə aktyorun Corciya ştatının Risboro şəhərindəki malikanəsində şənlik təşkil etmişdilər. 

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO