Vasif: “Bu həyata kişi kimi gəlmişəm, kişi kimi də gedəcəm” - VİDEO

Vasif: “Bu həyata kişi kimi gəlmişəm, kişi kimi də gedəcəm” - VİDEO

Hazırda oxunan: Vasif: “Bu həyata kişi kimi gəlmişəm, kişi kimi də gedəcəm” - VİDEO

89931

“Bizim sənətdə də savadsız insanların sayı həddən artıq çoxdur. Normal cümləni ya bir abzası qurub danışa biləcək bir müğənni azdır. O müğənnilərin səsi yoxdur? Xeyr var. Elə gözəl səslər var ki, sadəcə Allah həmin müğənniyə gözəl səs verib çox gözəl ifa edir, amma intellekti yoxdur”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Maqazin Plyus” verilişinə müsahibəsində deyib.

Sənətçi özünə qoyduğu qadağalardan danışıb. Vasif bildirib ki, onun səviyyəsindən aşağı olan həmkarlarına cavab verməyəcək:

“Səviyyəmdə olan insan söz desə, qəbul edərəm. Tənqidləri qəbul edən insanam. Sevirəm tənqidi. Hətta özüm-özümə də tənqidlə yanaşan ilklərdənəm. Amma təhqirə heç kim dözməz. Sadəcə baxır kim sənə söz atır? Elə insan sənə söz ata bilər ki, ötüb keçərsən.
Bilərsən ki, o, özünü səninlə reklam etmək istəyir. Amma sənin ranqında olan insan sənə söz atar və ya söz deyər, o zaman mən Vasif onun cavabını verməyə qadirəm. Artıq özümə söz vermişəm ki, səviyyəmdə olmayan insanlara cavab verməyəcəyəm”. 

Əməkdar artist illərlə ona atılan şər-böhtanlardan da söz açıb: 

“Ünvanıma olmazın şərlər, böhtanlar, yalanlar, iftiralar atdılar. Amma bunların hamısının altından bir güclü insan kimi alnım açıq, üzüm ağ çıxdım.
Bir kişiliyimə, bir də sənətimə dəyə bilmədilər. Bu da mənim üçün ən önəmlidir. Bu həyatda kişinin kişi olmağı hər şeydən önəmlidir. Şərtlər nə olursa olsun, bu həyata kişi kimi gəlmişəm, kişi kimi də gedəcəyəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO