Əli Mirəliyev Eldarla Nigarı “qatdı qabağına”: “İki gözüm aydın, “Avroviziya”da qalib olublar” - VİDEO 

Əli Mirəliyev Eldarla Nigarı “qatdı qabağına”: “İki gözüm aydın, “Avroviziya”da qalib olublar” - VİDEO 

Hazırda oxunan: Əli Mirəliyev Eldarla Nigarı “qatdı qabağına”: “İki gözüm aydın, “Avroviziya”da qalib olublar” - VİDEO 

89824

Müğənni Əli Mirəliyev daha bir qalmaqallı açıqlaması ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Nahara az qala” mətbəx şousunda Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənnilər Eldar Qasımov ilə Nigar Camalın ifalarını tənqid edib. 

Ə.Mirəliyev hər iki ulduzun oxumağına “ağız büzərək” yerlə bir edib. 

“Eldar Qasımovu tanıyıram. Yaxşı oğlandır. Amma ifasını bəyənmirəm. Nigarın da ifasını heç bəyənmirəm. Nə olsun ki, onlar “Avroviziya”da qalib gəliblər. İki gözüm aydın. Gəlsinlər, otursunlar belimdə. Azərbaycan dilində oxusunlar.
Mənim dilimdə, anamın laylasını oxusun. Neynirəm “Avroviziya”nı? Mənə lazımdır ki, o müsabiqə? Oxumağını göstərsin. Janrın buna heç bir dəxlisi yoxdur” – deyə Əli Mirəliyev fikirlərini ifadə edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO