“Teatrda çalışan aktyorları sevirəm. Amma teatrda işləməyən aktyor hesab etmirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov qonaq olduğu “Nahara az qala” mətbəx şousunda deyib.
Sənətkar teatrda çalışan aktyorları dilə gətirdiyi fikirləri ilə daha üstün tutub.
“Aktyor teatrda işləmədi, “apar qaytar”.
Bu ilin mart ayında “Akademik Musiqili Teatr”da çalışmağımın 39 ilin tamam oldu. Teatrın tozunu udmuşam. 80 rubla işə girmişəm. O illərdə benzil 5 qəpik idi. Ətin isə kilosu 2 manat idi. Subay oğlan idim. Maaşı alana qədər cibimdə 17-18 rubl qalırdı.
1979-cu ildə “Zaporojets” markalı avtomobilim vardı. Teatrda işləyən aktyorlar tərbiyə görüblər, böyük-kiçik yeri bilirlər.
Biz gənc olanda teatra girəndə Xalq artistlərini görəndə fikirləşirdik ki, onlara yaxın dura bilərikmi, yoxsa yox? Ehtiyat edirdik. Amma mən o illərdə populyar olduğumdan, Xalq artistləri artıq məni yaxşı tanıyırdılar. Onların dostuna çevrilmişdim”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:23 / 20.08.2022
Çingiz Əhmədov: “Teatrda işləməyəni aktyor hesab etmirəm” - VİDEO
Hazırda oxunan: Çingiz Əhmədov: “Teatrda işləməyəni aktyor hesab etmirəm” - VİDEO
Hazırda oxunan: Çingiz Əhmədov: “Teatrda işləməyəni aktyor hesab etmirəm” - VİDEO
89531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.