Kral ailəsində “nağıllara” bənzər TOY OLACAQ - FOTO 

Kral ailəsində “nağıllara” bənzər TOY OLACAQ - FOTO 

Hazırda oxunan: Kral ailəsində “nağıllara” bənzər TOY OLACAQ - FOTO 

89277

İordaniya kralının ailəsində toy olacaq. Şahzadə İmanın böyük qardaşı bir ay sonra nikah bağlamağa qərar verib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ötən gecə kral sarayı İordaniya vəliəhdi II Əl Hüseyn bin Abdullahın Səudiyyə Ərəbistanı vətəndaşı Racva Xaled bin Musaid bin Saif bin Əbdüləziz əl-Saif ilə nişanlandığını elan edib. 

Nişan mərasimi Ər-Riyad Krallığının paytaxtında gəlinin atasının evində baş tutub. Burada bəyin valideynləri - İordaniya kralı II Abdullah və kraliça Rania əl-Abdallah və gəlinin ailəsi, həmçinin Hüseynin qardaşı və bacıları iştirak edib. 

“Ürəyimin bu qədər sevinəcəyini düşünməzdim! Böyük Şahzadəm Hüseyni və onun gözəl gələcək həyat yoldaşı Racvanı təbrik edirəm”, - Kraliça Rania sosial şəbəkə hesabında yazıb. 
Şahzadə Hüseyn, Şahzadə İman və onların övladları üçün böyük bir möhtəşəm şənlik təşkil ediləcəyi, yoxsa ölkədə bir-birinin ardınca nağıllara bənzər iki toyun keçiriləcəyi barədə məlumat verilməyib. 

Rəşad Əliyev, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO