Vüsalə mərhum qardaşı HAQDA: “Az ömründə iz qoyan sərhədçim” - FOTO

Vüsalə mərhum qardaşı HAQDA: “Az ömründə iz qoyan sərhədçim” - FOTO

Hazırda oxunan: Vüsalə mərhum qardaşı HAQDA: “Az ömründə iz qoyan sərhədçim” - FOTO

89264

“Vətən sərhədində can qoyan, canımdan can qoparan, torpaqda qocalanım… Hər peşə bayramında “Qaqaşın medalı gəldi” yazırdın…Bir-birimizə qarışırdıq, votsap qrupumuz da sən gedəndən bağlı qalıb, heç birimiz ürək edib nəsə yazmırıq, danışmırıq, dadı-duzu sənlə getdi… O qədər xoşbəxt olurdun ki, bu təqdimatdan. Bu uğuruna səndən çox qürurlanırdım, sevinirdim, fəxr edirdim…”.

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə mərhum qardaşı Əlihüseyn Əlizadə haqda sosial şəbəkə hesabında yazıb.  

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının peşə bayramında DSX-nin  zabiti olan qardaşının məzarını ziyarət edən aparıcı onunla bağlı xatirələrini dilə gətirib.  

“Günlərlə səndən xəbər gözləyə-gözləyə gecələri sabah edirdik anamla… Bir zəngin, bir “Gəldim, narahat olmayın” sözün dualarımızı Allahın eşitdiyi, bizə rəhm etdiyi sevincini verirdi… İlk dəfə eşitmədi Allahım dualarımızı qəbul etmədi, çünki olan olmuşdu…
Sən bu haqq-ədalət olmayan, çirkab dünyada verilmiş qısa ömründə vəzifəni çox gözəl yerinə yetirmişdin, ora buradan çox lazım olmusan demək ki… Nəinki ölkənin 4 bir sərhədində, hətta çox uzaqlarda belə səndən, sənin gücündən, cəsurluğundan danışılır… Mən necə fəxr etməyim ki, sənin bacınam, göz dağım… Az ömründə iz qoyan sərhədçim, bayramın mübarək”, - deyə Vüsalə fikirlərini dilə gətirib.  

Qeyd edək ki, Vüsalənin Əlihüseyn Əlizadə avtomobil qəzasında vəfat edib. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO