Aparıcı və aktrisa Xəyalə Quliyeva izləyicisi ilə “kəllə-kəlləyə” gəlib.
Bizim.Media xəbər verir ki, televiziya ulduzunun sosial şəbəkə hesabında etdiyi “sual-cavab” sorğusu Xəyaləyə baha başa gəlib.
Belə ki, aktrisanı həddən artıq makiyajdan istifadə etdiyinə görə tənqid atəşinə tutublar. İzləyicisinin “Makiyajınız hədsiz vulqar olur. Bir az sadə makiyaj edə bilərsiz?” sualına X.Quliyeva belə reaksiya bildirib.
“Qətiyyən elə deyil. Kiprik qaynağı makiyajı çox göstərir. “Hekayə” bölümündə paylaşdığım fotolarda “filt” effektidir. Normalda, sadəcə üzümə tonal krem çəkirəm. Bu qədər... Nə göz üçün “ten”dən, nə də ki göz qələmindən istifadə edirəm. Siz deyəsən vulqar makiyaj görməmisiz?!” – deyə Xəyalə cavab verib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:04 / 18.08.2022
Xəyalənin makiyajını “vulqar” adlandırıb, TƏNQİD ETDİLƏR - FOTO
Hazırda oxunan: Xəyalənin makiyajını “vulqar” adlandırıb, TƏNQİD ETDİLƏR - FOTO
Hazırda oxunan: Xəyalənin makiyajını “vulqar” adlandırıb, TƏNQİD ETDİLƏR - FOTO
89240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.