DSX-nın kapitanı Elnarə: “Fəxr edirəm ki, sərhədçiyəm” – FOTO

DSX-nın kapitanı Elnarə: “Fəxr edirəm ki, sərhədçiyəm” – FOTO

Hazırda oxunan: DSX-nın kapitanı Elnarə: “Fəxr edirəm ki, sərhədçiyəm” – FOTO

89207

Müğənni Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının peşə bayramı ilə əlaqədar diqqət çəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, DSX-nın kapitanı olan sənətçi sosial şəbəkə hesabında təbrik postu yayımlayıb. 

“Əziz sərhədçilər, sizi peşə bayramınız münasibətilə təbrik edirəm. İşlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram. Vətən sərhəddən başlayır. Mən fəxr edirəm ki, sərhədçiyəm” – deyə E.Xəlilova bildirib. 

Xatirladaq ki, Elnarə Xəlilova “Şourum” maqazin verilişində “Mən dövlət qulluqçusuyam. Rəsmi maaş alıram. Maaşım da çox bərəkətlidir.
O maasla bir çox sənətlə bağlı işlərimi həll edirəm. Mahnılarımı da alıram, kliplərimi də çəkdirirəm” açıqlamasını vermişdi. 

Qeyd edək ki, 10 il əvvəl Elnarə Xəlilova Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilib. Kapitan rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir.   

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO