Cəmilə ÜSYAN ETDİ: “Məsuliyyəti olmayanlar ailə sahibi olmamalıdır” - FOTO

Cəmilə ÜSYAN ETDİ: “Məsuliyyəti olmayanlar ailə sahibi olmamalıdır” - FOTO

Hazırda oxunan: Cəmilə ÜSYAN ETDİ: “Məsuliyyəti olmayanlar ailə sahibi olmamalıdır” - FOTO

89018

“Bəlkə də bu sözlərimə görə çoxları məni qınayacaq, amma yenə də öz səmimi fikirlərimi yazacam. Mənə görə maddi vəziyyəti aşağı olan insanlar çox uşaq sahibi olmamalıdır, fiziki və psixoloji problemləri olanlar isə ümumiyyətlə övlad sahibi, ailə sahibi olmamalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Cəmilə Tağızadə sosial şəbəkə hesabında yazıb.

Aktrisa fiziki qüsurlu insanların evlənib və dünyaya əqli problemləri olan övlad qətirmələrinə yazdığı fikirlərlə qarşı çıxdığını dilə gətirib.

“Belə olan ailədə dünyaya gələn uşaqlar sözun əsil mənasında “itin zülmündə” böyüyür, bu həyatda heç nə görmür, nə normal yemək, nə geyim, nə təhsil, nə də tətil nədir, bilmirlər. Hər kəs ailə və övlad sahibi olacaq deyə bir şey yoxdur.
Fiziki qüsurlu insanları evləndirib fiziki qüsurlu uşaqları dünyaya gətirmək nəyin məntiqidir? Yazıq deyil, o uşaqlar?! Həmçinin də ailə məsuliyyəti olmayanlar da ailə sahibi olmamalıdır. Ailə və uşaq fədakarlıq istəyir. Fədakar olmayacaqsınızsa, özünüzə və ailə üzvlərinizə zülm etməyin. Gedin, yeyib-için, gəzin həyatınızı yaşayın”.

Qeyd edək ki, Cəmilə Tağızadə 2017-ci ildə türk vətəndaşı həkim Murat Temizlə ailə həyatı qurub. Cütlüyün bu nikahdan Abdulla Cəsur adlı oğlan övladı var. 

Bizim.Media










 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO