Cey Lo ilə Ben Afflekin üç gün TOYU OLACAQ - FOTO 

Cey Lo ilə Ben Afflekin üç gün TOYU OLACAQ - FOTO 

Hazırda oxunan: Cey Lo ilə Ben Afflekin üç gün TOYU OLACAQ - FOTO 

88866

Cennifer Lopez və Ben Afflek Las-Veqasda kiçik nikah mərasimləri ilə məhdudlaşmayacaqlar. 

Bizim.Media “Page Six” nəşrinə istinadən xəbər verir ki, aşiqlər tezliklə möhtəşəm bir xəyal toyu təşkil edəcəklər.  

Toy artıq qarşıdan gələn həftəsonu üçün nəzərdə tutulub. Şənliklər Afflekin Corciya ştatının Riseboro şəhərindəki malikanəsində cümə günü şam yeməyi ilə başlayacaq və üç gün davam edəcək. 

“Afflek bu böyük gündə bütün diqqətin Cey Lonun üzərində olmasını istəyir” – deyə mənbə şərh verib.  
Toy mərasiminin özü şənbə günü baş tutacaq və bazar günü cütlük toy həftəsonunu manqal gəzintisi ilə tamamlayacaq.  

53 yaşlı Lopezin İtaliyada xüsusi sifarişlə hazırlanmış Ralph Lauren gəlinliyi geyinəcəyi gözlənilir və Amerikanın “Vogue” dərgisi də öz növbəsində bayramı eksklüziv şəkildə yayımlayacaq. 

Cütlüyün ilkin qonaq siyahısına aktyor Mett Deymon, aparıcı Cimmi Kimmel, aktyor və nişanlısının qardaşı Keysi Afflek, “The Sopranos”da rol alan aktyor Drea de Matteo daxil edilib. 

Qeyd edək ki, Ben Afflek və Cennifer Lopez iyulun 16-da gizli şəkildə nişanlanıblar. Toy nişan elanından cəmi bir neçə ay sonra baş tutub. Cütlük Las-Veqasdakı Kiçik Ağ Kapellada evlənib - sevgililər digər cütlüklərlə birlikdə toy üçün növbəyə düzülüblər.  
Toydan demək olar ki, dərhal sonra Ben və Cen bal ayı üçün Parisə uçublar və rəsmi nikah şəhadətnaməsini nümayiş etdiriblər. 

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO