İbrahim Tatlıses Azərbaycandan DANIŞDI - VİDEO 

İbrahim Tatlıses Azərbaycandan DANIŞDI - VİDEO 

Hazırda oxunan: İbrahim Tatlıses Azərbaycandan DANIŞDI - VİDEO 

88687

Müğənni Günel Zeynalova türk sənət musiqisinin “kralı” və “imperatoru” İbrahim Tatlıses ilə bağlı paylaşım edib.  

Bizim.Media xəbər verir ki, müğənni sosial şəbəkə hesabında ona illər əvvəl Türkiyə şou-biznesinə qatılmaq üçün yardımçı olan sənətkarın restoranların birində səhnə aldığı videosunu yayımlayıb.  

Sözügedən görüntülərdə Tatlısesin çıxışı zamanı Azərbaycandan və Zeynalovadan söz açdığı kadrlar əks olunub. 

“Güneli də sevirəm, Azərbaycana da sayğılar. Bilirsiniz ki, iki bayraq, tək millətdir” – deyə İbrahim Tatlıses bildirib. 

G.Zeynalova İ.Tatlısesin bu fikirlərinə “Mənəvi atam, mən də səni çox sevirəm. İki dövlət, bir millətik. Yaxşı ki, yollarımız kəsişib” sözləri ilə qarşılıq verib. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO