"Sentyabrın 1-də məktəbə geyinməyə paltarım yox idi. Anam bir qohumumuzdan mənim üçün ayaqqabı istədi, amma o, vermədi. Qonşumuz nəvəsinin ayaqqabısını verdi, bacımın köynək və ətəyini geyindim".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Onun sirri" verilişində deyib.
Sənətçi uşaq illərini xatırlayaraq acılı həyat yolundan söz açıb.
"Çantamın cəftəsi qırılmışdı. Kimsə anama dedi ki, zibillikdə bir çanta var. Onu Elza üçün götürərsən. Anam əvvəl razılaşmadı, sonra məcbur qalıb zibillikdəki çantanı götürüb düzəltdi".
Rəşad Əliyev, Bizim.Media