“Restoran biznesi mənim üçün sərfəli idi. Böhran vəziyyətində belə, maliyyə cəhətdən yaxşı işləyən restoranlar var. İşimin qalan hissəsi pərakəndə satışla, ticarətlə bağlıdır. Müsbət balansı bağlaya bilməyəcəyiniz illər var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov qonaq olduğu rusiyalı jurnalist Nadejda Streltsovayanın “YouTube” kanalında yayımlanan "Стрелец-Молодец" layihəsində deyib.
Nadejdanın “ABŞ Demokratik Partiyası sizi ABŞ prezident seçkilərinə müdaxilə etməkdə ittiham etmişdi. Bu, o demək idi ki, siz hansısa yolla Donald Trampa prezident olmağa kömək etmisiniz?” sualına Emin belə münasibət bildirib.
“Bununla bağlı böyük araşdırma aparıldı. Amerikalılar bu məsələyə ilə bağlı mənim heç bir əlaqəmin olmadığını sübuta yetimək üçün 600 milyon dollar xərclədilər. Özləri də bunları nə ilə əlaqələndirməyə çalışdıqlarını başa düşmürdülər.
Sadəcə, Rusiyanı seçkilərə qarışmaqda ittiham etmək lazım idi. Trampa qarşı olan müxalifət bu mövzunu seçmək qərarına gəldi. Biz “Miss Kainat” gözəllik müsabiqəsini keçirdiyimizə, “Trump Tower”un tikintisi ilə bağlı danışıqlar apardığımıza görə əlaqədə idik.
Onlar da bunu bütün zəncir boyu birləşdirdilər ki, guya biz seçkilərdə iştirak edirik. Amma biz heç vaxt “Trump Tower” tikməmişik.
Çünki yekun razılaşmalara yaxın olduğumuz anda Tramp Amerika prezidentliyinə namizədliyini irəli sürməyə başladı. Bəlli oldu ki, onun “Trump Tower”u tikmək fikri yoxdur” – deyə E.Ağalarov qeyd edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:10 / 11.08.2022
Emin Ağalarov: “Amerikalılar mənimlə bağlı araşdırmaya 600 milyon dollar xərclədilər” - VİDEO
Hazırda oxunan: Emin Ağalarov: “Amerikalılar mənimlə bağlı araşdırmaya 600 milyon dollar xərclədilər” - VİDEO
Hazırda oxunan: Emin Ağalarov: “Amerikalılar mənimlə bağlı araşdırmaya 600 milyon dollar xərclədilər” - VİDEO
88070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.