Bir çox şou nümayyəndələrinin tətilə çıxdığı dönəmdə, müğənni Gülay Zeynallı kamera qarşısına keçərək, yeni ekran işini təqdim edib.
Bizim.Media xəbər verir ki, sənətçi sözləri Orxan Mürvətliyə, musiqisi və aranjımanı Tərlan Məmmədhüseynova məxsus “Məmnunam” nəğməsinə klip çəkdirib.
Zeynallı bəstəyə ekran həyatını rejissor Əli Fərhada həvalə edib.
Üç fərqli və rəngarəng obrazda klipdə parıldayan Gülayın imici üzərində peşəkar stilist və vizajist Elnur Həsənov çalışıb. Sözügedən mahnı bütün musiqi platformalarında yayıma buraxılıb.
Rəşad Əliyev, Bizim.Media