Brilliant həmkarını

Brilliant həmkarını "yıxıb-sürüdü": "Min sifət olmağı elə ana bətnində öyrənirlər" - FOTO

Hazırda oxunan: Brilliant həmkarını "yıxıb-sürüdü": "Min sifət olmağı elə ana bətnində öyrənirlər" - FOTO

87675

“Vaxtı ilə yanımda dayanmaq üçün mahnılarımı oxuyan, yarınmaq üçün yalvaran biri bu gün məni dəhşət heyrətə saldı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında yazıb.

Sənətçi ad çəkmədən, bir vaxtlar dəstək olduğu həmkarına sərt mesajlar ünvanlayıb.

“Atalar deyib, itə də hörmət elə, yiyəsinə də. Bu isə çaqqal imiş, tez dəyişdi, göz görə-görə. Allah bilir, mənim kimi Amerika, Hindistan, Afrika, Macarıstan, Avstriya, Norveç, İsveç, Əlcəzair və sair ölkələrdə konsertlər versəydi, camaata salam verməzdi.
Belə insanlar haradan çıxır, haraya girir? Onları hansı fabrik istehsal edir? Dünya belələrini sonda nə edir? Belə tiplər görən haradan gəlirlər? Bəlkə min sifət olmağı elə ana bətnində öyrənirlər? Əqlimi müxtəlif fikirlər aldı, gözlərim yol çəkib keçmişə daldı.

Ona dəstəyimi rica edənlər əsl kişi xislətli, mərd yoldaşlardır, sayıb-seçdiyim əziz qardaşlardır” – deyə B.Dadaşova fikirlərini ifadə edib.  

Qeyd edək ki, zaman-zaman Brilliant Dadaşova sosial şəbəkə səhifəsində ad çəkmədən bir sıra müğənniləri qıcıqlandıracaq postlar paylaşır.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO