“Hazırda adaptasiya dövrü məni sosial şəbəkədən uzaq salıb. Hamiləlikdə son günə qədər işlədiyim üçün indi övladıma sevgi verməkdən başqa heç nəyə halım yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qurd” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminovun pianoçu həyat yoldaşı Leyla Namazzadə sosial şəbəkə hesabında paylaşıb.
Yenicə qız övladı dünyaya gətirən musiqiçi analıq hissini bu cür ifadə edib.
“Ailəm üçün darıxdığımı bu günlərdə daha çox hiss edirəm. Özümü sanki indi oyanmışam kimi hiss edirəm. Amma övladımla bərabər mən də yenidən doğuldum”.
Qeyd edək ki, Fərid Eminovla evli olan Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.
Fəridin isə bu ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
09:33 / 08.08.2022
“Qurd”un xanımı: “Övladımla bərabər mən də yenidən doğuldum” - FOTO
Hazırda oxunan: “Qurd”un xanımı: “Övladımla bərabər mən də yenidən doğuldum” - FOTO
Hazırda oxunan: “Qurd”un xanımı: “Övladımla bərabər mən də yenidən doğuldum” - FOTO
87438
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.