Rozanın oğlu Corc Eminin klipində  – FOTO 

Rozanın oğlu Corc Eminin klipində  – FOTO 

Hazırda oxunan: Rozanın oğlu Corc Eminin klipində  – FOTO 

87290

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Emin Ağalarov “Jony” ilə (Cahid Hüseynli) duet oxuduğu “Лунная ночь” mahnısına Bakıda klip çəkiblər.

Bizim.Media xəbər verir ki, sözügedən ekran işində müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor oğlu Corc Qafarov və rusiyalı model Alena Ani rol alıb.

Bu haqda isə Corc Qafarov sosial şəbəkə hesabında məlumat yayıb.

Aktyor Xalq artisti Emin Ağalarov və Alyona ilə çəkdirdiyi fotosunu paylaşaraq “Bu ən yaxşı klip olacaq” şərhini yazıb.

Qeyd edək ki, sözügedən ekran əsəri tezliklə “YouTube” video platformasında izləyicilərin ixtiyarına veriləcək.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO