Balidən Bakıya qayıdan Çingiz Türkiyəyə köçdü – FOTO 

Balidən Bakıya qayıdan Çingiz Türkiyəyə köçdü – FOTO 

Hazırda oxunan: Balidən Bakıya qayıdan Çingiz Türkiyəyə köçdü – FOTO 

87285

İndoneziyanın Bali adasına köçüb orada altı ay qaldıqdan sonra Vətənə geri qayıdan müğənni Çingiz Mustafayev qardaş ölkə Türkiyəyə yollanıb.

Bizim.Media xəbər verir ki, bir neçə gün Bakıda qaldıqdan sonra sənətçi yaşamaq və musiqi fəaliyyətini davam etdirmək üçün Türkiyənin “Balıkesir Burhaniye Pelitköy Sahilleri” səmtinə köçüb.

Çingiz oradan paylaşdığı fotolarına “Kənd həyatı... Dünyamızı dəyişmək üçün möcüzəyə ehtyacımız yoxdur. Onsuz da ehtiyac duyduğumuz bütün gücü içimizdə daşıyırıq. Qaldı oturub yaratmaq” - şərhini yazıb.
Qeyd edək ki, iki əvvəl Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Truth” mahnısı ilə layiqincə təmsil edən Çingiz Mustafayev pandemiyada Rusiyaya, bir neçə aydan sonra isə Bali adalarına köçmüşdü.

Rəşad Əliyev, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO