Bekhemlərin ailəsində “SOYUQ MÜHARİBƏ”: Gəlinlə qaynana düşmən oldu - FOTO  

Bekhemlərin ailəsində “SOYUQ MÜHARİBƏ”: Gəlinlə qaynana düşmən oldu - FOTO  

Hazırda oxunan: Bekhemlərin ailəsində “SOYUQ MÜHARİBƏ”: Gəlinlə qaynana düşmən oldu - FOTO  

87257

Bekhemin evində əsl “soyuq müharibə”dir. Beləki, Viktoriya Bekhemlə gəlini düşmənə çevrilib.

Bizim.Media “Page Six” nəşrinə istinadən xəbər verir ki, Viktoriya Bekhemlə böyük oğlu, 23 yaşlı Bruklin Bekhemin həyat yoldaşı Nikolanın arasında münaqişənin hələ toydan əvvəl başladığı iddia olunub.

Nikola Victoriyanın toyun təşkilində köməyini qəti şəkildə rədd edərək, onunla ünsiyyəti minimuma endirib. “Onlar bir-birlərinə dözə bilmirlər və danışmırlar” – deyə, insayder açıqlamasında nəşrə bildirib.
Hətta Nikola Viktoriyanın brendindən deyil, məşhur Valentino moda evindən gəlinlik seçib. Nikolanın ərini anasını qısqandığına dair şübhələr var.

Bundan əlavə, ailəyə yaxın mənbələr gəlinin Viktoriyanı qısqandığını və Bruklinlə toyunda bu məqamın hər kəsin diqqətini çəkdiyinə görə kin bəslədiyini düşünür.

Qeyd edək ki, Devid və Viktoriya Bekhemin böyük oğlu sevgilisi - milyarder maliyyəçi Nelson Peltsin qızı, 27 yaşlı Nikola ilə bu ilin aprelində nikahı olmuşdu. Üç günlük toy şənliyilə keçirilən mərasim Paml-Biçdəki dəbdəbəli 103 milyon dollarlıq “Montsorrel” malikanəsində baş tutmuşdu.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO