Aynurun xərçəngdən vəfat edən bacısı qızı: “Anam hər şeyim idi” - VİDEO

Aynurun xərçəngdən vəfat edən bacısı qızı: “Anam hər şeyim idi” - VİDEO

Hazırda oxunan: Aynurun xərçəngdən vəfat edən bacısı qızı: “Anam hər şeyim idi” - VİDEO

87088

“Anamın xəstəliyi olsa da belə, bunu bəlli etmirdi. Pis olmağımı istəmirdi. Amma mən bilirdim. Lakin düşünmürdü ki, ona nəsə ola bilər. Ana uşağını dünyaya gətirəndə, ana ilə balanın arasında bir damar olur. O damar heç zaman ayrılmır. Lakin o damarı ölüm ayıra bilər. Bizim damarımızı elə ölüm ayırdı”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşovanın bacısı Günelin qızı Leyla Məlikova “O üz” verilişinə müsahibəsində deyib.  

Anasının ölümündən sarsılan qızı onunla bağlı xatirələrini və arzusunu dilə gətirib.  

“Anam hər şeyim idi. Bir yerdə ağlayıb, bir yerdə gülürdük, bir yerdə sevinirdik. Anam mənim həm atam, həm bacım, həm qardaşım olub, həm də dostum olub. Hər şeyimi onunla bölüşürdüm. Düşünmürdüm ki, ona nəsə ola bilər. Allah heç kimə anasızlığı yaşatmasın. Çox istərdim anam yanımda olsun və dərdimi onunla bölüşüm, sirrimi ona deyim. Anam bağlı çox arzularım vardı”.  

Qeyd edək ki, A.Dadaşovanın bacısı Günel iki il əvvəl 38 yaşında xərçəngdən dünyasını dəyişib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO