“Jony” ləqəbi ilə rusiya şou-biznesində məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli yenidən Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda Xalq artisti Emin Ağalarov sosial şəbəkə hesabında məlumat yayıb.
“Jony” ilə bir araya gələn Emin onunla video çəkərək, izləyiciləri ilə bölüşüb. Sevgi balladaları ilə əksəriyyətin məhəbbətini qazanan gənc ifaçı Eminlə bir neçə həftə əvvəl lentə aldıqları “Лунная ночь” nəğməsini Bakıda ekranlaşdırdığını açıqlayıb.
Xatırladaq ki, iki həftə əvvəl “YouTube” video platformasında yayıma buraxılan sözügedən mahnı 2,2 milyon dəfə izlənilib.
Qeyd edək ki, ötən ayın 2-də “Jony” “Sea Breeze Summer Live" çərçivəsində Bakıda canlı solo konsert proqramı ilə çıxış edib.
Rəşad Əliyev, Bizim.Media