Koronavirusa yoluxan Şeyx Əbdül: “Sinəmə xəncər sancdılar, nəfəsim kəsildi” - ÖZƏL

Koronavirusa yoluxan Şeyx Əbdül: “Sinəmə xəncər sancdılar, nəfəsim kəsildi” - ÖZƏL

Hazırda oxunan: Koronavirusa yoluxan Şeyx Əbdül: “Sinəmə xəncər sancdılar, nəfəsim kəsildi” - ÖZƏL

86915

“Ev şəraitində intensiv müalicələr alıram. Dərmanlar içib, iynələr vurdururam. Sistemlərdə qoşulur. Qızdırmamı da salıblar 37-yə. Yavaş-yavaş özümə gəlirəm. Evin içində gəzirəm. Müalicələrimi davam etdirirəm. Birinci gün analiz verəcəyəm”.

Bu sözləri Xalq artisti Şeyx Əbdül Mahmudov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

İkinci dəfə koronavirus infeksiyasına yoluxan sənətkar hazırda evdə müalicə aldığını və birinci gün test verəcəyini açıqlayıb.

“Kino günü ilə əlaqədar bir sıra görüşlərdə oldum. Həddən artıq tərləyən bir insanam. Getdiyimiz studiyalar, görüşdüyümüz obyektlərdə də kondisionerlər çalışırdı. Səhhətimlə əlaqədar qəti şəkildə kondisionerli yerdə qalmaq olmaz. Axşam da gəlirdim evə, pencərələr də açıq... Xəstələndiyim gün gecə saat 1-2 idi.
Bir sıra layihələr üzərində işlədiyim zaman elə bildim ki, sinəmə xəncər sancdılar, nəfəsim kəsildi. Ağrıdan çapalayırdım. Uşaqlar da yatmışdı.

Gördüm ağrılarım çoxalır, onları çağırmalı oldum. Bacılığım var, o, peşəkar tibb bacısıdır. Gecə ilə gəlib, mənə sistemlər etdi, iynələr vurdu.

İynələrin əlindən qolum-qıçım deşik-deşikdir. Yaş məsələsi də burada çox önəmlidir. Mənim də bilirsiniz ki, 78 yaşım var. Almaniyadan dostum mənə iki dərman gətirib. İranda olan dostum isə digər dərmanlar göndərib. Onları içib, vurdururam”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO