"Barselona"nın futbolçusu Jerar Pike və məşhur müğənni Şakira ayrıldıqdan sonra uşaqları Milan və Saşanın gələcəyi üçün müzakirələr aparırlar.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, ifaçı münasibətləri bitdikdən sonra Mayamiyə köçüb və uşaqların da onunla yaşamasını istəyir.
"Barselona"nın müdafiəçisi əvvəllər bunun əleyhinə olsa da, uşaqların ABŞ-a getməsinə razılıq verməyə hazırdır.
Bununla belə, Pike Şakiranın qarşısına 2 məcburi şərt qoyub. Əvvəlcə futbolçu Şakiradan övladlarını görmək üçün ildə 5 dəfə Mayamiyə birinci dərəcəli uçuş təmin etməsini tələb edib. İkincisi, Cerard ifaçıdan borclarını ödəmək üçün 400 min avro istəyir.
Qeyd edək ki, iyunun əvvəlində Pike və Şakira 12 illik münasibətdən sonra ayrıldıqlarını açıqlayıblar. Onlar rəsmi evlənməmişdilər. Cütlüyün Pikenin xəyanətinə görə ayrıldığı bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:11 / 30.07.2022
Pikedən Şakiraya 2 şərt
Hazırda oxunan: Pikedən Şakiraya 2 şərt
Hazırda oxunan: Pikedən Şakiraya 2 şərt
86185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.