Meyxanaçı Vüqar:

Meyxanaçı Vüqar: "Toyda 15 dəqiqə fonoqram oxuyan bizdən daha çox qonorar alır" - VİDEO

Hazırda oxunan: Meyxanaçı Vüqar: "Toyda 15 dəqiqə fonoqram oxuyan bizdən daha çox qonorar alır" - VİDEO

85644

“Hamımız toylardan dolanırıq. Həm alqış, həm də pul baxımından görürsən ki, çox yaxşı çıxış etdin, amma dəyəri, qədir-qiyməti olmadı. Əsasən pul cəhətdən”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Söz xiridarının sözlərinə görə, el şənliklərində fonoqram oxuyan müğənnilər meyxanaçılardan qat-qat çox qonorar alır.  

“Çıxışa qulaq asıb alqışı tanıyan da edir, tanımıyan da. Görürsən ki, dağı-dağ üstünə qoymusan, səhərdən burdayıq, əlləşib-vuruşmuşuq amma toyda 15 dəqiqə fonoqram oxuyan daha böyük qonorar alır. Heç o bizim qədər əziyyət çəkmir. Belə şeylər adamı əsəbləşdirir, mikrofonu qoyursan yerə”- deyə, V.Əbdülov bildirib. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO