Brilliant pislik edən həmkarlarını “yıxıb-sürüdü”: “Qarğa qarıldıya, it isə hürə bilir” - VİDEO 

Brilliant pislik edən həmkarlarını “yıxıb-sürüdü”: “Qarğa qarıldıya, it isə hürə bilir” - VİDEO 

Hazırda oxunan: Brilliant pislik edən həmkarlarını “yıxıb-sürüdü”: “Qarğa qarıldıya, it isə hürə bilir” - VİDEO 

85328

“Bir çox sənət insanları başqasının haqqında mənfi rəy yaratmağa çalışırlar. Bül-bül yalnız oxuya, qarğa qarıldıya, it isə hürə bilir. Hər insanın da öz xasiyyəti var. Kiminsə haqda mənfi rəy yaratmaq istəyənlər özləri budurlar. Pisdən yaxşılıq gözləmək lazım deyil. Necə deyərlər, “Qarğa yuvasından bül-bül çıxmaz. Yaxşılıq etmək insanın öz aurasını gözəlləşdirir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Axşamın havası” verilişində deyib. 

22 il əvvəl aparıcısı olduğu “Gözəllik dünyanı xilas edəcək” verilişindən söz açan sənətkar, sözügedən layihədən pul qazanmadığından onu bağladığını dilə gətirib. 

“2000-2005-ci illərdə Space TV-də aparıcısı olduğum “Gözəllik dünyanı xilas edəcək” verilişini bağlamaq istəyirdim. Bunu bilən tamaşaçılar çoxsaylı məktublar yazırdılar. Bir tamaşaçı “Atam verilişinizə baxanda təzyiqi düzəlir”, digər tamaşaçı isə “Anamın şəkəri düzəlir verilişinizi izləyəndə. Nə olar proqramınızı bağlamayın” kimi sözlər yazırdılar.
Bu səbəbdən beş il bu verilişi davam etdirdik. Mənim üçün isə çox çətin idi. Çünki bu proqrama görə televiziya mənə qanorar ödəmirdi. Bir insan nə qədər qonorarsız çalışa bilər? Ona görə beş ildən sonra verilişi bağladım”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO