İlkinin həyat yoldaşı dietoloqla davasından DANIŞDI:

İlkinin həyat yoldaşı dietoloqla davasından DANIŞDI: "Apelyasiya şikayəti edəcəyik" - VİDEO

Hazırda oxunan: İlkinin həyat yoldaşı dietoloqla davasından DANIŞDI: "Apelyasiya şikayəti edəcəyik" - VİDEO

85278

Xəbər verdiyimiz kimi, bur neçə ay əvvəl aparıcı-aktyor İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni ilə dietoloq Ləman Süleymanova arasında dava düşüb . Onların arasında yaşanan çaxnaşma məhkəməyə qədər gedib çıxıb. 

Bizim.Media xəbər verir ki, Aysel məhkəmə qərarının Ləmanın lehinə çıxarmasına etiraz edib.

O, baş verən qalmaqallı olayın pərdəarxası məqamlarını gün üzünə çıxartmaq üçün sosial şəbəkə hesabında video şəklində açıqlama paylaşıb.

Aysel bildirib ki, yaxın günlərdə məsələ ilə bağlı apellyasiya məhkəməsinə şikayət edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

İlkin Həsəni məhkəmədə dietoloqa UDUZDU


"29 mayda rəfiqəmlə məşhur otellərdən birinin qarşısında reklam çəkirdik. Arxadan bir xanım keçdi. Dedi ki, gözləyin, kameraya düşmək istəmirəm. İzah etdik ki, biz reklam çəkirik, ora düşməmisiniz. Cümləmizi sona qədər dinləmədən bizə qeyri-etik sözlər, qadınlığa layiq olmayan ifadələr işlətdi. Ayağını qaldırdı və  "Ayağımın altının tozu da ola bilməzsən. Sən kimsən, burada çəkiliş edirsən" kimi ifadələr söylədi. Sonra rus dilində çox pis söyüş söydü.

Hətta dedi ki, sizi gözləyirəm, gəlin. Ehtiyat etdiyimdən mən də həyat yoldaşıma zəng etdim. O isə getmədi, daha pis söyüşlər söydü. İlkin eşidirdi, dedi ki, kameraya çəkin. Bunu xanım eşitdi və getdi. Uzaqda dayanan maşının pəncərəsini açdı və yenə də pis söyüşlər söydü. Bunu orada işləyən işçilər də eşitdi. Hər şey otelin kamerasına düşdü və fotoqraf da baş verənləri gördü".

Ayselin sözlərinə görə, xoşaqəlməz hadisədən sonra L.Süleymanovaya dəfələrlə polis idarəsindən zəng edilsə də, telefonunu açmayıb. 

"Evinə göndərilən məktublara cavab vermədi. Onu bölməyə çağıran polisi də şikayət edib. Düşündük ki, xanım polislərin təklifləri ilə razılaşacaq, üzr istəyəcək. 2 ay qaçdı, telefonlarını söndürdü. İlkin gördü ki, xanımı tapmırıq, video çəkdi.
Bu müraciətdən sonra ondan izahat alındı. Səhəri ani məhkəmə təşkil olundu, şahidlər apara bilmədik. Təhqir, söyüş xırda xuliqanlıq sayılmır. Məhkəmə protokolu ləğv olundu. Hakim bildirdi ki, etirazınız varsa, apellyasiyaya şikayət edin. Xanım yazıb ki, guya bütün bu hərəkətlərin hamısını mən etmişəm".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO