İlkinin həyat yoldaşı ilə dietoloq arasında dava:

İlkinin həyat yoldaşı ilə dietoloq arasında dava: "Küçə söyüşləri söydü və..." - VİDEO

Hazırda oxunan: İlkinin həyat yoldaşı ilə dietoloq arasında dava: "Küçə söyüşləri söydü və..." - VİDEO

84987

Xəbər verdiyimiz kimi, aparıcı İlkin Həsəni ötən gün sosial şəbələ hesabında videomüraciət yayımlayaraq ailə üzvlərinin təhqir edildiyini və polisdən həmin qadının tapılmasını istəyib.

Bizim.Media xəbər verir ki, həmin şəxsin dietoloq Ləman Süleymanova olduğu üzə çıxıb. 

Dietoloq qalmaqallı məsələ ilə bağlı sosial şəbəkə hesabında videomüraciət paylaşaraq Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

L.Süleymanovanın sözlərinə görə, iki ay əvvəl bir xanım yolun ortasında fotosessiya etdiyi zaman dietoloqu avtomobilinə əyləşməyə qoymayıb. Bundan sonra ikili arasında çaxnaşma yaşanıb.

“Restorandan çıxıb avtomobilimə əyləşmək istəyəndə ondan xahiş etdim ki, mənə icazə versin. Xanım isə məni küçə söyüşləri ilə təhqir etməyə başladı. İki ay boyunca mənə müxtəlif yerlərdən şantaj xarakterli zənglər olunur. Dünən öyrəndim ki, həmin xanım İlkin Həsəninin həyat yoldaşı Aysel Həsəni imiş.
Belə ki, dünən mənə zəng olundu və özünü polis kimi təqdim edən şəxs məni 37-ci Polis Bölməsinə dəvət etdi. Lakin həmin şəxş özünü təqdim etmədi. Araşdırdıq, İlkin Həsəni mənə polis adı ilə zəng vurub, bölməyə dəvət edib. Tələb edirəm ki, bu iş məhkəməyə göndərilsin. Kim günahkardırsa, kim təhqir edibsə qanun qarşısında cəzalandırılsın" - deyə L.Süleymanova bildirib.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO