Yeni evlənən Cey Lo ilə Ben Afflek Parisdə – FOTO 

Yeni evlənən Cey Lo ilə Ben Afflek Parisdə – FOTO 

Hazırda oxunan: Yeni evlənən Cey Lo ilə Ben Afflek Parisdə – FOTO 

84941

Las-Veqasda kiçik toydan sonra dünya pop səhnəsinin ulduzu Cennifer Lopez və əri Hollivud aktyoru Ben Afflek sevgi şəhərinə - Parisə yollanıblar.  

Bizim.Media xəbər verir ki, cütlük dünən “Le Matignon” restoranında görüntülənib.  

“People” nəşrinin insiderinin məlumatına görə, cütlük hava limanına şəxsi təyyarə ilə gəlib və dərhal romantik gəzintiyə çıxıb.

“Champs-Elysées” yaxınlığındakı restorana daxil olub dünyanın ən məşhur yeni evlənən cütlüyü əl-ələ tutaraq açıq terrasda stol istəyiblər. Axşam üçün Lopez uzun qırmızı libas seçib və saçlarını üzünü çərçivəyə salan tellərlə açıq saç düzümü ilə göz oxşayıb.

Aşiqlər otellərinə qayıtmazdan əvvəl restoran və rəqs klubunda  iki saat vaxt keçirib. Cennifer deyir ki, Ben ilə hər gün bal ayı kimi keçir.

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO