Riki Martin məhkəmədə qardaşı oğluna qalib gəldi - FOTO

Riki Martin məhkəmədə qardaşı oğluna qalib gəldi - FOTO

Hazırda oxunan: Riki Martin məhkəmədə qardaşı oğluna qalib gəldi - FOTO

84808

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Riki Martinin 21 yaşlı qardaşı oğlu Dennis Sançes əmisinə qarşı iddiasını geri götürüb. 

Bizim.Media xarici mətbuata istinadən xənər verir ki, Puerto-Rikolu ulduzun vəkilləri Sançesin ruhi xəstə olduğunu əsas gətirərək, bütün ittihamları rədd ediblər. Məhkəmə vəkillərin iddiasını təmin edib və işə xitam verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Rikki Martin insest münasibətdə ittiham olunur – Qardaşı oğlu ilə... - FOTO 


Bununla bağlı Riki martinin vəkilləri mətbuata açıqlama veriblər:

"Gözlədiyimiz kimi, müvəqqəti mühafizə orderinin müddəti məhkəmə tərəfindən uzadılmadı. Prokuror məhkəmədə təsdiqləyib ki, işə xitam verilməsi barədə qərar onun tərəfindən müstəqil, heç bir kənar təsir və təzyiq olmadan qəbul edilib.

O, məhkəməyə işin bağlanması barədə vəsatət göndərib. Sançes, sadəcə olaraq heç bir sübut olmadan yalan iddialar irəli sürən problemli bir insandır. Biz şadıq ki, haqq-ədalət öz yerini tapdı", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Riki Martinin qardaşı oğlu ilə bağlı qalmaqal ötən həftə geniş müzakirələrə səbəb olub. Mətbuatda müğənninin günahı sübuta yetirilərsə, onu 50 ilədək həbs cəzası gözlədiyi bildirilmişdi. 
Belə ki, gənc oğlan əmisini aralarındakı sevgi münasibəti kəsildikdən sonra onu təqib etməkdə ittiham edib. Dennis, Riki Martin üçün onunla əlaqə saxlamağı qadağan edən order ala bilib.

Rəşad Əliyev, Bizim.Media



​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO