Demet Naxçıvandakı konsertindən DANIŞDI: \

Demet Naxçıvandakı konsertindən DANIŞDI: \"Mayamidən sonra... - VİDEO

Hazırda oxunan: Demet Naxçıvandakı konsertindən DANIŞDI: \"Mayamidən sonra... - VİDEO

84346

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur pop ulduzu Demet Akalın ötən axşam Naxçıvanda konsert proqramı ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, konsertdən sonra Bodruma yollanan sənətçi Naxçıvanla bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb.

D.Akalın xoş və isti qarşılandığı üçün təşəkkürünü bu sözlərlə ifadə edib.

"Hələ də dünən axşam yaşadıqlarımızın təsiri altındayıq. Çox gözəl qarşılandıq. Bunun üçün təşəkkür edirəm. Bizə üstünlük verdikləri üçün Naxçıvanın səlahiyyətli şəxslərinə və naxçıvanlılara minnətdarlığımı bildirirəm. Təyyarəyə qutularda meyvələr, ətlər, Naxçıvanın duzundan hədiyyə qoymusunuz. Mayamidən sonra ilk dəfədir ki, belə gözəl qarşılandıq"

Qeyd edək ki, Demet Akalın Naxçıvana həyat yoldaşı, iş adamı Okan Kurtla səfər edib.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO