Brilliantın oğlunu atası danladı: \

Brilliantın oğlunu atası danladı: \"Qaydaları pozma, cərimələr artır\" - VİDEO

Hazırda oxunan: Brilliantın oğlunu atası danladı: \"Qaydaları pozma, cərimələr artır\" - VİDEO

84268

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad atası Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevlə söhbətinin videosunu paylaşıb. 

Bizim.Media xəbər verir ki, o, sosial şəbəkə hesabında atası tərəfindən danlandığının görüntülərini yayımlayıb. 

Ə.Hacıyev “Xahiş edirəm qaydaları pozma. Sonra cərimələrin məbləği daha da artır. Hər şeydən xəbərdaram, amma yenə də...” rus dilində Cahada fikrini çatdırıb. 

Atasının bu sözlərinə isə Xalq artistinin oğlu “Sən hər şeydən xəbərdarsan” söyləyərək gülüb. 

Qeyd edək ki, bir müddət əvvəl Cahad sosial şəbəkə hesabında "Karantin və komendant saatını pozduğuma görə 3000 manat cəriməm var" açıqlaması ilə diqqət çəkmişdi.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO