Xalq artisti Aygün Kazımova ifaçı qızı İlqarə ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, dəniz sahilində sənətçi dostlarının və yaxınlarının əhatəsində İlqarənin daha bir istedadına şahidlik etmək üçün "parti" təşkil ediblər.
Pop divanın ifaçı qızı İlqarə bu dəfə özünü müğənni kimi deyil, "Dj" kimi sınayıb.
Musiqili ziyafətin sonunda Aygün qızının bu məharətinə bir neçə dəqiqəlik atəşfəşanlıq da təşkil edib.
Kazımova həmin anları lentə alaraq, sosial şəbəkə hesabında paylaşıb və İlqarənin "Dj" məhəratinə heyran qaldığını bildirib.
Rəşad Əliyev, Bizim.Media