Hamilə olan Vəfa: \

Hamilə olan Vəfa: \"Qadın hesabına yaşayan kişidənsə, ləyaqətli bir kişi ilə sevgili olmaq...\" - VİDEO

Hazırda oxunan: Hamilə olan Vəfa: \"Qadın hesabına yaşayan kişidənsə, ləyaqətli bir kişi ilə sevgili olmaq...\" - VİDEO

84047

"Efirdə deyirəm ki, mən ailəliyəm. Əgər mənə bir kişi başqa cürə yanaşarsa, o ən şərəfsiz və alçaq insandır və elə birisini heç bir qadın həyatına buraxmaz".

Bizim.Media xəbər verir ki, bu sözləri hamiləliyinin yeddinci ayında olan müğənni Vəfa Şərifova aparıcı-prodüsser Tarix Əliyevin "YouTube"da yayımlanan "Toliklə Səmimi" layihəsinə müsahibəsində deyib.

Kişi və qadın xəyanətindən söz açan sənətçi, bir bəyin xanımı hesabına eyş-işrətlə məşğul olmasını sərt şəkildə qınayıb.

"Hər zaman düşünürdüm ki, bir qadın ərinə heç zaman xəyanət etməz. Amma bu baş verirsə, bəzi kişilər xəyanətə layiqdirlər. Rahatlıqla yeyib-içir, öz kefində, qizlarla əylənir, həmin kişinin həyat yoldaşı isə zülmlə gedib pul qazanır... Bunu bir, iki, üç il edər, sonra da qadın deyər - "Bəsdir!". Qadın hesabına yaşayan kişilərin sayı təəssüf ki, çoxdur. Deyir ki, nikahım, kəbinim var. Elə nikahı və kəbini olan ərdənsə normal, ləyaqətli kişi ilə sevgili olub həyat yaşamaq daha məntiqlidir. Elə əri yanında boş-boş gəzdirmək nəyə lazımdır?! 

Tolikin "Niyə dörd ildən sonra yenidən ana olmaq qərarına gəldin?" sualına Vəfa fikirlərini bu şəkildə ifadə edib.

"Xeyr, tam xoşbəxt deyiləm. Xoşbəxtlik bir anlıq olur. Dörd yaşına Məryəm adında bir qızım var. Hamiləliyimin yeddinci ayındayam. İki aydan sonra ikinci övladım olacaq. Dörd il sonra yenidən ana olmaq qərarına ona görə gəldim ki, övladım balaca idi. Bu planlı bir məsələ olmadı. Qismət, belə alındı. İstəmirəm ki, övladım tək qalsın. Qızım Məryəm dünyaya gəldikdən sonra deyirdik ki, Məhəmməd adlı oğlan övladımız da olsun. Amma həyat yoldaşım qız övladı istəmir.

Tolikin "Bəs bilsəydin ki, ikinci övladın da qız olacaq, gedib o körpəni tələf edəcəkdin?!" sualına V.Şərifova belə münasibət bildirib.

"Xeyr, ona yalandan oğlan övladı olacağını deyib, qızımızı dünyaya gətirəcəkdim. Ürəyim heç zaman gəlməz körpəyə qıymağa. Allah çox dua etdim ki, ikinci övladım oğlan olsun. Atası illər əvvəl doğulacaq oğlan övladının adını Məhəmməd qoymaq istədiyini söyləyirdi. İndi deyirəm ki başqa ad qoyaq, amma razılaşmır".

Qeyd edək ki, Vəfa Şərifova iş adamı Famil Xəlilovla evlidir.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO