Elza Seyidcahan: “Qazandığım mənim nəslimə də bəsdir...”

Elza Seyidcahan: “Qazandığım mənim nəslimə də bəsdir...”

Hazırda oxunan: Elza Seyidcahan: “Qazandığım mənim nəslimə də bəsdir...”

8383

Bizim.Media “Koronavirusla mübarizə belə sərt rejimlə davam edərsə, sənət adamları və şou-biznes əhli yaşamlarını tənzimləmək üçün hansı addımları atacaqlar?” sualı ilə incəsənət nümayəndələrinə müraciət edib. 

Aldığımız cavabları oxucularımızla bölüşürük.

Faytonçu Nazim deyir ki, özü üçün yaratdığı ticarət obyektləri sayəsində ayaqda dura bilir:

“Həmkarlarım var ki, zamanında nələrsə ediblər, indi də onunla dolanırlar. Mən də özüm üçün biznes yaratmışam, bununla dolanıram. Açığı deyim ki, kasıbçılıq çəkmirəm. Əvvəlki kmi də dəbdəbəli həyat tərzi də yaşamıram. Sadəcə müəyyən ticarətlə bağlı obyektlərim var ki, oradan gələn gəlirlə həyatımı yaşayıram. Bu mənə bəs edir ki, dolanım. Digər həmkarlarım var ki, kasıbçılıq çəkirlər, onlara ürəyim ağrıyır. Soyuducum doludur. Gələn qonağımın qabağına üzü açıq çıxa bilirəm”.

Müğənni Şəbnəm Tovuzlu bildirir ki, ona həyat yoldaşı kömək olur:

“Bundan sonra bir ömür də mənə baxacaq. Hamı üçün bu pandemiya dövrü çətindir. Əsas odur ki, bu xəstəlik bitib-qurtarsın. Bildiyimə görə, may aylarınadək bitəcək. Allaha qurban olum. O, yaratdığı bəndəni heç vaxt çətinliyə salıb bir tikə çörəyə möhtac etmir. Təbii ki, biz də illərlə çalışmışıq, xalqın sevgisini qazanmışıq, özümüzə görə tədbirimiz var. Mən işləməsəm də ailəm var.  İşlərimiz başlasa, özümüz qazansaq, çox yaxşı olardı. Bir qadın ailədə nə qədər kişinin əlinə baxar ki? Düzdür, lazım olarsa, kişi ona bir ömür boyu da baxar. Amma biz müğənnilər həmişə özümüz işləyib, özümüz pul qazanmağa öyrəşmişik. Buna görə də bizə daha çətindir”.

Əməkdar artist Abbas Bağırov vurğulayır ki, pandemiyanın törətdiyi fəsadlardan sonra müəyyən ehtiyatlarımı görəcəm:

“İndidən nəyəsə qərar vermək olmur. Nə olacağını heç kim bilmir. Mənim gəlirim müəyyyən tədbir və toylardan gəlirdi, başqa biznesim yoxdur. Çox az da olsa reklamlardan müəyyən gəlir əldə edirəm. Şükür allaha ki, ailəmi onunla dolandıra bilirəm”.

Əməkdar artist Elza Seyidcahan qeyd edir ki, pandemiya bu il sənətkarlara ziyan vurmayıb:

“Əsil sənətkar öz işi ilə məşğul olur. Kimin sənəti varsa, ona xeyir elədi, sənəti yoxdursa, pandemiyadan əziyyət çəkdi. Onlar pul üçün işləyirdilər, indi qazana bilmirlər. Sənət adamı kimi mən yaradıcılığımı inkişaf etdirirəm, yazıb-yaradıram. Kimlər ki, toylara gedib, pul qazanırdılar, indi qazana bilmirlər, çətindir”.

Elza Seyidcahan büdcəsinin xalqın məhəbbəti olduğunu deyib:

“Mən həmişə təmənnasız şəhid ailələrinin, kasıbların yanında olmuşam. Bəzi müğənnilər rayonluların dili ilə desək, “qağaz-qağaz” deyə-deyə göylə gedirdilər. Hansı ki, onları qazilər və şəhid ailələri maraqlandırmırdı. Ancaq deyirdilər ki, pulumu verin, gəlim, oxuyum. Mənim üçün pandemiyanın heç bir çətinliyi yoxdur. Bu gün xeyriyə tədbirləri ilə məşğulam. Xalqımızın məhəbbəti  mənim nəslimə də bəsdir. Xalqımın xidmətində təmənnasız durmağı özümə borc bilmişəm. Yalandan özlərinə qiymət qoyan min sifətli artistlər toylara gedirdilər, halbuki, heç bir manatlıq da qiymətləri yoxdur. İndi onlar üçün çətindir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO