Aybəniz qızından DANIŞDI:

Aybəniz qızından DANIŞDI: "Aynişanın seçiminə müdaxilə etmirəm" - VİDEO 

Hazırda oxunan: Aybəniz qızından DANIŞDI: "Aynişanın seçiminə müdaxilə etmirəm" - VİDEO 

83388

“Mahnı yazdırandan sonra birinci Aynişana dinlədirəm. Deyirəm ki, “Gəl bax gör anan bu nəğməni necə ifa edib”. O da gülür. Sual verirəm ki, “Niyə gülürsən?” Cavab olaraq söyləyir ki, “Ana nə deyim sənə? Belə demə, utanıram”.  

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkda artist Aybəniz Haşımova qonaq olduğu “10-da görüşək” səhər şousunda deyib.

Sənətçi bloger qızı Aynişanla tək mahnı seçimlərində deyil, eləcə də geyimlərinin düzgün seçilməsində də ondan məsləhət aldığını bildirib: 

“Geyim seçimi edəndə də qızımla məsləhətləşirəm. Bəzən olur ki, Aynişandan məsləhət alıram, amma gedib öz bildiyimi edirəm. Deyir ki, “Bunu belə edəcəkdinsə, məndən niyə soruşursan? Axı istəmirəm bunu belə edəsən”. Ona söyləyirəm ki, “Səndən soruşmaq xoşuma gəlir”. Amma qızımın verdiyi məsləhət daha doğrudur”.  

A.Haşımova Aynişanın işlərinə, eləcə də seçimlərinə müdaxilə etmədiyini dilə gətirib:

“Aynişan nə qərar verirsə, özü verir. Onun seçiminə heç bir zaman müdaxilə etmirəm. O, mənə hər hansısa bir məsələ ilə bağlı sual verəndə yalnız o zaman öz fikrimi deyirəm. Amma onu heç vaxt, heç nəyə məcbur edə bilmərəm. Küsüb, qorxar səndən. Düzgün olanı başa salmalısan ki, bunu etsən gözəl olacaq. İstedadı boğmaq olmaz. Məcbur etmək olmaz”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO