Xuraman:

Xuraman: "Qadın elə edir ki, kişi məcburən xəyanət edir" - VİDEO

Hazırda oxunan: Xuraman: "Qadın elə edir ki, kişi məcburən xəyanət edir" - VİDEO

83121

"Qadın elə edir ki, qarşı tərəf məcbur xəyanət edir. Mənimdə bu hal baş verməyib. Baş versə, onda bu suala cavab verə bilərəm. Bəlkə üstündən xətt çəkərəm, bəlkə də yox".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib. 

"Səhvsiz insan yoxdur. Heç vaxt "heç vaxt" demə. İnsan eqoist olmamalıdır. Özümə görə 4 övladımı bədbəxt etmərəm. O demək deyil ki, həyat yoldaşıma deyirəm ki, gedib nə istəyirsə etsin. Öncə övladlarımı düşünərəm, özümdə məhəbbəti öldürərəm. Qadın olaraq ölərəm, lakin uşaqlarıma görə ana olaraq yaşayaram. Uşaqlarıma travma verməmək üçün həyat yoldaşımla ünsiyyəti saxlayaram. Övladlarıma atalarını göstərməmək kimi şeylər etmərəm".

Qeyd edək ki, Xuraman rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün 4 övladı var.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO