“Biznesim var. Ağıllı insanam. Bu sənət gəlirli olsa da, durğunluqlar da olur. Durğunluq olanda isə pul qazanmırsan. Düşünürəm ki, başqa bir səmtə də yönəlməliyəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayana Babayekişiyeva qonaq olduğu “10da görüşək” səhər şousunda deyib.
Sənətçi haqqında “Dediyi qədər çoxlu pulu yoxdur” fikirlərinə belə münasibət bildirib.
“Mən biznes sahəsində uğurlu olmamışam. Külli miqdarda pul yatırdım, amma alınmadı və biznesim iflas oldu. O demək deyil ki, bir bizneslə hər şeyi düzətmişəm.
Gəncə şəhərində gəlinlik biznesim vardı. Pandemiya düşdü, yüz minlərlə pulum batdı. Gəlinlikləri hədiyyə vermədim. Onlar sərmayədir. Ucuz qiymətə gəlinlikləri satdım.
Artıq “Instagram”da hər şeyi paylaşmıram. Dar düşüncəli insanlar çoxdur. Sən nə qədər sübut etməyə çalışsan da ki, bu belədir, qarşındakı insan
səni istədiyi kimi görəcək”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:03 / 08.07.2022
Ayan Babakişiyeva biznesindən danışdı: "Yüz minlərlə pulum batdı" - VİDEO
Hazırda oxunan: Ayan Babakişiyeva biznesindən danışdı: "Yüz minlərlə pulum batdı" - VİDEO
Hazırda oxunan: Ayan Babakişiyeva biznesindən danışdı: "Yüz minlərlə pulum batdı" - VİDEO
82909
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.