Türkiyənin məşhur pop ulduzu Serdar Ortaç açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, illərlə qumar oynayıb, pullarını havaya sovuran sənətçi artıq bu alüdəçiliyindən əl çəkdiyini bildirib.
“Bezdim, çox bezdim və sıxıldım. Artıq qumar oynamaq mənə əvvəl kimi zövq vermir. Əvvələr əyləndirirdi, amma indi yox. Təngə gəlmişəm, qusmaq haldayam. Bir şeyi 30 il davamlı edəndə, bezərsən”.
Qeyd edək ki, Serdar Ortaç 2014-cü ildə Ramazan bayramı günlərində Şimali Kipr Türk Respublikasında konsertdən sonra qaldığı otelin qumarxanasında 450 min dollar pul uduzmuşdu.
Rəşad Əliyev, Bizim.Media